beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Nevaxt Olecem?..

Mən dünən ölürdüm ölə bilmədim,
Ruhumu göylər də qəbul etmədi.
Canımı dünyadan çoxdan üzmüşdüm
Büdrədi ayağım nəsə getmədi.

Fikirlər dolaşdı ayağıma dünən,
Çırpıldım üzüstə ölüm qapısında.
Çıxıb bu dünyadan getmək istədim mən
Dünyanın geyilmiş ayaqqabısında.

Ölüm uzaqlaşdı gözümdə an-an
Xaraba dünyaya qayıtdım yenə
Yox oldu sakitcə gecə aradan
Hər səhər bir dünya uzağam sənə.

Sən mələk kimisən,mələksən axı...
Ruhlar mələkləri görür deyirlər
Həsrətdən dərd çəkən kəslərin çoxu
Bəlkə də onunçun ele ölürlər.

Elə sənsizləmişəm...Sənsiz olandan
Bir an üzün görmək,toxunmaq sənə,
Sınmış istəkanın dibində qalan,
Bir udum su qədər bəs edər mənə.

Bizə borc verilib can İlahidən,
Bu qədər minnəti götürəmmərəm.
Gəl götür ,İlahi,borcunu məndən
Dünən də bir görüş itirmişəm mən
Bu gün də birini itirəmmərəm.

Nə qədər yox desən,necə ağlasan
Sənə söz verirəm gələcəyəm mən
Sən mənim ruhuma yaxın insansan
Sabah da çalışıb öləcəyəm mən.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 294 Bölmə: Sevgi şerləri