beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sadece Sev (Samir Shirinov)

Mən bir xalam, sən kəpənək
Sən bir gülsən, mənsə ləçək
Demirəm ki, ölənədək
Məcnun olub səhraya düş, sadəcə... sev. Mən dünyayam, sənsə zaman
Verməyirsən mənə aman
Gen gəzirsən, gülüm, yaman
Demirəm ki, mənlə görüş, sadəcə...sev Mən xəzriyəm, sən giləvar
Mən buludam, sən düşən qar
Mən ləpəyəm, sənsə avar
Sahilədək mənlə döyüş, sadəcə...sev Mən su ilə, sənsə közlə
Bu oyunu sakit izlə
Hərdən məni gəl əzizlə
Istəmirəm odlu öpüş, sadəcə... sev


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 245 Bölmə: Sevgi şerləri