beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meni Bağışla...

MENİ BAĞIŞLA
***
Sen geden zamandan gülmemişem men.
Gücle yaşamışam, ölmemişem men.
Yazın qiymetini bilmemişem men.
İndi elleşirem boranla, qışla.
Ne olar sevgilim meni bağışla.
***
Bilirem qarşında günahkaram men.
Senin getmeyine sebebkaram men.
Geri dönmeyine ümidvaram men.
Göz yaşı gönderdim yağan yağışla.
Ne olar sevgilim meni bağışla.
***
Sensiz mekanlara, getmir ayağım.
Dünyanın sesini duymur, qulağım.
Daha yaşamağa, öldü marağım.
Kesdim elaqeni dostla, tanışla.
Ne olar sevgilim meni bağışla.
***
Müellif: Nüsret Hesen

(müellif hüquqlarını pozan binamusdu)


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 207 Bölmə: Sevgi şerləri