beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞİRİN XATİRƏLƏR (Nüsret Hesen)

Şirin xatireler
***
Herden geldiyini görürem senin.
Sen deme xeyallar aldadır meni.
Keçmişi gözümde canlandıranda.
Şirin xatireler ağladır meni.

Senden qeyrileri yanmır oduma.
Hardasan sevgilim yetiş dadıma.
Xoşbext günlerimiz düşür yadıma.
Şirin xatireler ağladır meni.

Ne vaxtdı xeberim yoxdu özümnen.
Her gece gözlerim çıxır sözümnen.
Deyimmi ne yaşdı axır gözümnen?
Şirin xatireler ağladır meni.

Şeklinle bezenib menim sol-sağım.
Sevdiyin çiçekle doludur bağım.
Bir vaxt qiymetini anlamadığım,
Şirin xatireler ağladır meni.

Müellif: Nüsret Hesen
yenki özüm

(başqa saytlara, seyfelere kopyalayan namusunu düşünsün. Oxuculardan üzr istiyirem)


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 172 Bölmə: Sevgi şerləri