beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Wagirdin Sevgisi

Niyə şagirdlərin duymurlar
səni,
Gül kimi dərsində səs
eləyirlər.
Mən sevən əllərə, mən
sevən gözə,
Mən sevən ürəyə qəsd
eləyirlər.
Ağzı yanmışların yoxdu
xəbəri,
Mən sənin önündə lal
dayanıram.
Dəftərə qırmızı düzəliş
kimi,
Varaq yanagimda al
dayaniram
Adın tək dərsimi
əzbərləyirəm,
Sevgi baxışına boyanmaq
üçün.
Ömrümü, günümü qurban
verərəm,
Şagird tək önündə
dayanmaq üçün.
Vaxt axır... şagirdlər
duymurlar səni,
Gör necə qıyırlar kövrək
səsinə.
Hardan bilsinlər ki, həsrət
qalmışam
Qırx beş dəqiqənin bir
dəqiqəsinə.
Səhvdi misalları,
məsələləri,
Dərdini artırıb yüz
eləyərlər.
Ölürəm mən sənin
“üç”ündən ötrü,
Verdiyin “beş”lərə naz
eləyərlər.
Təbaşir ləçəkli çiçək əllərin,
Lövhənin üzündə kəpənək
olar.
Dəsmala bənzəyər göyçək
əllərin,
Bir oğlan balanı bələmək
olar.
Misra dodaqların yorular
hərdən,
Saçların pırtdaşar, əllərin
əsər.
Bir gözəl, bir göyçək
oğlumuz olar,
Bu dəcəl qızların səsini
kəsər.
Niyə şagirdlərin duymurlar
səni,
Gül kimi dərsində səs
eləyirlər.
Mən sevən əllərə, mən
sevən gözə,
Mən sevən ürəyə qəsd
eləyirlər...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 109 Bölmə: Sevgi şerləri