beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seni Fikirlewirem

Seni fikirleşirem


Seni fikirleşirem,
Seadetden yazıram.
Qolumdakı saatın daha her saniyesi
Seni salır yadıma.
Mehebbetden yazıram.
“Sedaqet” qala-qala
“Xeyanet” qafiyesi
Yaraşmayır adıma...

Seni fikirleşirem
Fikirlerim qarışır.
Ellerini tutanda
Heyacandan ellerim
Esmemeye çalışır.
Baxma herden susuram,
Eger oxuya bilsen
Baxışlarım danışır...

Seni fikirleşirem
Her gün,her an,her saat.
Duymayanda sesini berk oluram narahat.
Men,seni düşünürem,
Düşünmeden göresen
Ne düşüner camaat?!

Seni fikirleşirem
Niye bele fikirli dönürsen evine sen?
Bilmiremki ne edim azacıq sevinesen.
Danışasan-gülesen,
Heyatdan bezmemeyi
Öyrenesen,bilesen
Axı niye belesen?!

Seni fikirleşirem
Yadımdadır hamısı.
Mehriban davranışın,
Sevgi dolu baxışın.
Ağır-ağır yerişin,
İnce-ince qaçışın.
Öperdi saçlarını damcıları yağışın.
Men de o damcıları...
Belece unudardıq biz bütün ağrıları.
Yene fikirleşirem
Birge yaşadığımız
Bütün xoşbext anları.
Şeir çox uzanacaq
Yazmıram olanları...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 226 Bölmə: Sevgi şerləri