beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

..:: Olen Sevgiler ::..

Ozun nezerimden duwdunse eger,
Resmin goz onunde olsa ne olsun?
Dediyin sözlerde qalmasa deyer,
Senden bir yadigar qalsa ne olsun?
Seve bilmeyene mehebbet de ne?
Qaygı istemez ki, yabanı agac!
Bagdakı cicekler bagban eline,
Coldeki yalnızca yagıwa mohtac.

Xowbextlik haraya getdi...bilinməz!
Bilerik bedbextlik hayandan geler.
Silmek istesen de, esla silinmez
Yaxın kecmiwine düwen kolgeler.

Bir namerd insana yazılan şeir
Hər dəfə əzbərə deyildi, bəsdi!
Ürək istəsə də, ağıl istəmir,
Bir sevgi önündə əyildi, bəsdi! “Əlinə xına yax!” söylə keçmişə!
Ömründən son ümid yerini çaldı.
Onunku gətirdi elə həmişə!
Bes sene? Bes sene axır ne qaldı?

...Nişanən yandırıb yaxdı əlimi...
Könülsüz verilən minnətə düşər.
Yeqin ki, günahsız insanlar kimi,
Ölen sevgiler de cennete düwer.

_Afaq Şıxlı_


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 316 Bölmə: Sevgi şerləri