beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üz Sürtdüyüm Qibləgahım 02:59 12.09.2013

Eşq deyilsən!
Zəfər çalsın inadların
Yox deməyim həmdəmimsən,
Qəmə düşər qanadların
Bahar nədir?! gəldi gedər...
Çiçək nədir solar bitər
Həyat deyil gülüşlərin
Bitə bilər
Xəyal deyil görüşlərin
İtə bilər
Röyam olma!
Ərşə çəkər hicran zülmü
Dünyam olma!
Ayrı salar zalım, ömrü
Nəfəs deyil sətir sözün
Atəş deyil!
Qəm baxışın nəmli gözün
Yox yox ürək olma məhv edirəm!
Günahkara dönməyəsən! əhv edirəm
Sənsən mənim baş qoyduğum,
Üz sürtdüyüm qibləgahım
Küskün könlüm köç etdiyi, son pənahım,
Son pənahım!
Mənim məndə varlığımsan,
Sağlığımsan bu dünyada
Qismət olsan özgə yada,
Yoxluğumu tərk eyləyən Ruhum mənim!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 42 Bölmə: Sevgi şerləri