beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gecikdi Bu Yagish - Nusret Kesemenli

Daha bu yağışa otlar göyermez,
Daha bu yağışda laleler sönmez.
Bu yağış buludun yükü deyil ki,
Bu yağış bir simurq tükü deyil ki,
Yandırsan ömür-gün qayıda geri,
İndi üreyimiz köhne yurd yeri,
Torpağı nemlidir,
daşı nemlidir.
Bir sevgi uçurub son ümid kimi
Torpağı qemlidir,
daşı qemlidir...
Sırsıra asılıb gül budağından,
Baharı itirdin,
Yayı ötürdün;
Qış geldi,
yatmısan fil qulağında...
Belece gün keçdi,
Zaman gecikdi,
Gecikdi bu yağış, yaman gecikdi.


Gecikmiş isteyi nedi göylerin,
İndice buludlar tökülecekdir.
Üreyi doludur xatirelerin
Dindirsen
teessüf hönkürecekdir.
Qıvrılıb yatıbdır dolama yollar,-
Boynuna dolanır bir ilan kimi.
Deyme, qoy uyusun qemli arzular
Yaxandan tutacaq ayılan kimi...
Bu göz yaşlarıyla,
Bu yalvarışla
Yolların tozunu yatırmaq olmaz.
Küsülü illerin isteklerini
Daha menziline çatdırmaq olmaz.
Yumaz ki, düneni selleme yağış,
Bayılmış dünene çileme yağış...
Gecikdi bir arzu,
güman gecikdi,
Gecikdi bu yağış,
yaman gecikdi.
Yaşadıq nigaran, qulağı sesde,
Ömürden öteri cığırlar keçdi.
Bizim ümidimiz axır nefesde
Ne qeder çırpınsa
yene de heçdir...
Daha oyanışa güman ki, yoxdur,
De, neye gerejdir bu son beraet,
Senden ki, mehebbet uman ki, yoxdur.
O güvencli dağlar marala qaldı,
O mexmer çemenler sarala qaldı...
Vaxtında yağmadı,
nur çilemedi.
Buludlar qarala-qarala qaldı...
Meni bu gününde soraqlama sen,
Meni düneninde taparsan indi.
Bu güne qederki keder menimki.
Bu günden sonraki keder senindir.
Qovmadın başından,
duman gecikdi.
Gecikdi bu yağış,
Yaman gecikdi...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 189 Bölmə: Sevgi şerləri