beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehebbet şeirin Men Nece Yazim???

Hələ qəm ələyir ələyim mənim,
Həsrətə bürünüb bələyim mənim,
Içimdə üşüyür ürəyim
mənim,
Məhəbbət şeirin mən
necə yazım?
Ürək titrəyirsə, əlim əsirsə,
Nifrət vərəqləri dəlib
deşirsə,
Hissim qəm evində əsir yesirsə,
Məhəbbət şeirin mən
necə yazım ?
Gözümdə hicranlı yaş ola ola,
Məhəbbət dilimdə kaş ola ola,
elimdə qələmim daş ola ola,
Məhəbbət şeirin mən necə yazım ?


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 54 Bölmə: Sevgi şerləri