beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Girme Yalvariram Girme Yuxuma(((

Keçdi o zamanlar,getdi o çağlar,
Bir ötən sevgiyə ürək qan ağlar.
Niyə təzələnsin köhnə sınaqlar?
Könül nişan olsun sevgi oxuna,
Girmə yalvarıram,girmə yuxuma.
Bir zaman alışıb sönmüşəmsə də,
Bir eşqi qəlbimə gömmüşəmsə
də,
Dilində nəğməyə dönmüşəmsə
də,
Hər dəfə yenidən məni oxuma,
Girmə,yalvarıram,girmə yuxuma.
Bir eşqin özülü,həm dirək də
mən,
Dünən də,bu gün də,gələcək də
mən.
Varmıyam,yoxmuyam bir ürəkdə
mən?
Şükür eləsəm də varın yoxuna,
Girmə,yalvarıram,girmə yuxuma.
Sevgi bir dənizdi,qocaman dəniz,
Ayrı səmtə üzür gəmilərimiz.
Qoy qalsın duyğular
müqəddəs,təmiz,
Qoyma tellərinə əlim toxuna,
Girmə,yalvarıram,girmə yuxuma,
Girmə,yalvarıram,girmə yuxuma!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 85 Bölmə: Sevgi şerləri