beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgilimi Gordunuzmu?

Söz demişəm, bircə sözdən küsüb
gedib,
Dəli səhra küləyitək əsib gedib.
Son görüşdə son ümidi kəsib
gedib,
Kaş biləydim, indi yeri dağmı,
düzmü,
Ey səhralar, sevgilimi gördünüzmü?
Taleyimin naxışıydı,sonas ıydı,
Həyat qədər həyatımın
mənasıydı.
Sularımın yaşılbaşlı sonasıydı,
Kimə deyim, güman yerim
birmi, yüzmü,
Ey dəryalar, sevgilimi gördünüzmü?
Şirin dillə taleyimə yağ-bal çəkib,
Gah kiriyib, gah dillənib,
gah lal çəkib.
Əllərimin əvəzinə sığal çəkib,
Yaz mehiylə saçlarını
hördünüzmü,
Ey küləklər, sevgilimi
gördünüzmü?
Yanaqları dan üzüydü, dan yeriydi,
Dodaqları vermək üçün can yeriydi.
Baxışları qırğın yeri, qan yeriydi,
Oda düşən ruhmu, canmı,
əlmi, üzmü,
Ey sevənlər, sevgilimi
gördünüzmü?
Yanağı yaş, kirpikləri nəm olacaq,
Ömrü, günü hicran dolu qəm
olacaq.
Deyirlər ki, vəhşilərə yem olacaq,
Aman Allah, deyilənlər
görən düzmü,
Ey şübhələr, sevgilimi
gördünüzmü?


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Sevgi şerləri