beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VAĞZALI ÇALINIR...

Duvağa bürünüb yola düşürsən,
Qonşular telinə çiçək bağlayır.
Ay bacım, sən haldan-hala düşürsən,
''Vağzalı'' çalınır, anam aglayır.


O, nələr etmədi, toyunda nələr,
Bu hesrətin yeri nə tez bilindi?
''Vağzalı'' çalınır, son dəqiqələr...
Özgə bir yuvaya köçürsən indi.

Köçürsən üzüağ, meğrur, həyalı,
Gedirsən könlünü verdiyin yerə.
Buydu anamın da fikri-xəyalı,
Bəs niyə kövrəlir o, birdən-birə?

Ortada quş kimi süzür gəlinlər,
Qızlar oğrun-oğrun yar soraqlayır.
Gülür, fərəhlənir toya gələnlər,
''Vağzalı'' calınır, anam ağlayır.

Xeyir-dua verir kiçik bacılar,
Dərindən ah çəkir böyük qardaşım.
Atanı dövrəyə alır qocalar,
Qapıya söykənir bəzəkli maşın.

Göz yaşı inci tək qonur sinənə,
Getmək istəyirsən, o qucaqlayır.
-Ay qızım, xoşbəxt ol!- Söyləyir sənə,
''Vağzalı'' çalınır, anam ağlayır.

Bir evdən, bir evə səadet gedir,
Biri yola salir, biri səsleyir.
Bir ana qızını burda ləngidir,
Bir ana hesretle gəlin gözləyir.

Otaqda boş qalır gümüş carpayın,
Küncdə bir kitabı yel varaqlayır.
Naxışlı fincanda soyuyur çayın,
''Vağzalı'' çalınır, anam ağlayır.

Ona təskinlik də gərək deyildir,
O göz yaşlarında sevinc var, bacım.
Səadət hemişə gülmək deyildir,
Ana qız toyunda ağlayır, bacım.

Gedirsən ən şirin arzu-kam kimi,
''Vağzalı'' çalınsın, get yavaş-yavaş.
Dünyada hər ana öz anam kimi,
Bircə toy günündə ağlayaydı kaş!
Taleh Imranli


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Sevgi şerləri