beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

___*DaRiXmaG*___

Darıxmaq; sevməkdir ilk öncə
Çünki sevməzsən
darıxmarsan ki dəlicəsinə.

Darıxmaq; ağlamaqdır
Axan hər Gözyaşında
xatirələri anmaqdır.

Darıxmaq; uzaqlara
dalmaqdır
Çox uzaqlara ...

Darıxmaq; umid etməkdir
Xəyal etmək ona toxuna
bilməyin tamamıdır.

Darıxmaq; saxlamaqdır
çəkinməkdir
Bəzən təkliyindən bəzən isə
ətrafındakı gərəksiz
izdihamdan.

Darıxmaq; qışqırmaqdır
Səsin batırmış kimi darıxdım
deyə qışqırmaqdır.

Darıxmaq; hirslənməkdir
Bəzən həsrətinə səbəb
olanlara bəzən isə qədərə
çarəsizcə
"Bəzən də qovuşma istəyinin
heçə sayılmasına".

Darıxmaq; yanılmaqdır
Gecə yarısı qalxdığında hər
şeyin bir yuxu oldugunu
anladığında məsələn....
Və sənə gəl deməsini
gözləyərkən gəlməməliyəm
deməsidir.

Darıxmaq; səbr etməkdir
Usanmadan şəfəqi
gözləməkdir
Illəri Aylari həftələr günləri
saatları dəqiqələr hətta
saniyələri qovalamaqdır
halbuki.

Darıxmaq; yaşamaqdır
Yalnızlığa inad mübarizə
etməkdir ya da təkliyi
əmanət edib
Kobudluq etmədən xəbərsiz
çıxıb getməkdir.

Darıxmaq; qovuşmaqdır.
Bir daha ayrılmayacasına ...
Yanılmaqdadır bir
qovuşmanın. sən darıxarkən
onun diqqət etməməsi
Və sənin xəyala sarılmağını ...
Xəyal belə olsa...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 94 Bölmə: Sevgi şerləri