beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÖRESEN..???

Elə darıxmışam gülüşü üçün,
Bir dəfə gül desəm,gülər görəsən?
Tək onu istəyir ürəyim mənim,
Desəm,gəl yanıma,gələr görəsən?

Onsuz keçən günlər yetişmir sona,
Nə qədər gözümə kədər,qəm qona,
Mən ki bu qədər çox bağlıyam ona,
Axı mənim olsa,ölər görəsən?!

Gecələr xəyal tək yanıma gəlir,
Bir gözəl söz deyir,halım düzəlir,
Uzaqda olsa da,dərdimi bilir,
Bəs onsuz ağlasam,bilər görəsən?

Hərdən çıxartsam da onu özündən,
Doya bilməyirəm şirin sözündən,
Öpmək istəyirəm,desəm,üzündən,
Məni həyatından silər görəsən?


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 57 Bölmə: Sevgi şerləri