beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

....elvida Sevgilim...

Mən sənin ömrünə həsrət gətirdim…
Əlvida, sevgilim, bir də əlvida!
Səni özüm tapdım, özüm itirdim,
Əlvida, sevgilim, bir də əlvida!


Söylədim: – Ömrünə gecikdim bir az…
Sən dedin: – Sevməyin zamanı olmaz.
Heyif, ayrılırıq gəlməmiş bu yaz,
Əlvida, sevgilim, bir də əlvida!


Könül səni sevdi, sənə isindi,
Mənə yadıgarın – sözün, səsindi.
Təki sən xoşbəst ol, mənim bəsimdi!
Əlvida, sevgilim, bir də əlvida!


Demə, vəfasızam, xəyanətim var!
İsmətim, qürurum, dəyanətim var!
Unutma, səndə bir əmanətim var!
Əlvida, sevgilim, bir də əlvida!


Yazma mənim üçün bu qəmli seri,
Bir söz vermişəm mən, almaram geri.
İndi dağıtma gəl, sən göyü-yeri,
Əlvida, sevgilim, bir də əlvida!


Mən heç olmamışam…, unutmalısan!
Bu yükü qəlbindən sən atmalısan!
Qayğısız günlərə qayıtmalısan!
Əlvida, sevgilim, bir də əlvida!


Bir az tez, bir az gec saça dən düşər,
Sənsiz də, mən siz də illr ötüşər…
Peşiman olmaqla, de, nə dəyişər?
Əlvida, sevgilim, bir də əlvida!


Qışdan çıxmayacaq bizim sevgimiz!
Birgə vurmayacaq ürəklərimiz!
Yolumuz başqadır, ayrılırıq biz!
Əlvida, sevgilim, bir də əlvida!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 113 Bölmə: Sevgi şerləri