beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hardasan...

Sənsiz
Yorğun sevdaların yolayrıcında
Bir anlıq yuxuya möhtac,
Bir ovuc göz yaşına -
Bir udum suya möhtac
Kimiyəm.
duyğularımın
dünənə uzanan körpüsündə -
addım-addım...
Tək səni uydurdum,
Tək səni yaratdım
içimdə, ruhumda,
gözlərimdə...
Hardasan?
Mən görmədiyim uzaqlarda,
Mən getmədiyim yerlərdəmisən?
Hardasan?...

mən getdiyim yerlər qərib-
gələcəkmisən mənimlə?
Sona varan yalanlara -
güləcəkmisən mənimlə?
... Mən öldüm
Məndən qurtulam -
Öləcəkmisən mənimlə?...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 76 Bölmə: Sevgi şerləri