beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Darixmisam...

Yaman darıxmışam səninçin, yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan,
Sevgini gizlətmək cetinmis, demə!
Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı, bu necə haydı?
Öhdəmdən gələrdim Gözüm üzünə,
Qulağım səsinə darıxmasaydı…
Elə bil hər yerdən üzülüb əlim…
Mən azıb qalmışam qəm dərəsində.
Dirilib yaşanır sənli günlərim
Sənsiz günlərimin xatirəsində.
Yaman darıxmışam…
Bu nədir yenə Ağlım sağa baxır, ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.
Yaman darıxmışam…
Hər axşamçağı

Arzumu günəşin telinə sardım
. Mənimlə olsaydı, mən darıxmağı
Zamana ən uzun ölçü sanardım.
Yuxuma gəlmişdin…
Qısıldıq küncə.
Danışdıq… Yel əsdi… Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm, Səni görüncə
Sənin işığında yox oldu kölgəm!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Sevgi şerləri