beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Qeder Sevdim Seni...

Qış oldu, əlini soyuqdan aldım
Yağdı yağış
Könlünü kimsəsiz oyuqdan aldım
Dondu baxış...
Gözünü yollardan aldım
Hardasa bir yerdə ilişib qalan
Sonlardan aldım.
Yığıb ürəyimin xatirəsinə,
Səni gözəl andım Sevgilim..
Bahar bildim gülüşünün səsini
Ömür bildim Ahh çəkdiyin hər qəmli nəfəsini
Bu qədər sevdim səni...
Özümdən bir aləm düzəltdim ki sən,
Ocağın köz kimi qızdığını gör
Səni bu aləmdə qismətin əli,
Bir dəli sevgiyə yazığını gör.
Ömrün illərini biz bircə bircə
Yandırıb oduna qızındıq sənlə
Sabahı bu günlə yaşayıb getdik
Bu şirin dəmlə
Bir ovuc gülüşlə yudu üzünü
Dəli ürəyimdə yatan arzular
Sənə çatan arzular.
Bu qədər sevdim səni...
Fikrimi yol edib sərdim dünyaya
Yolların arzumdan özümdən keçdi
Könlümün içində nələr yaşadım
Hər ötən anım da dözümdən keçdi
İnada inad!
Xəyalın özündən yaratdım səni
Ayrı gecələrdə danışa bildik
Bir mən varın idim bir də xəyal sən
Küsülü günlərdə barışa bildik
Xəyal ilə mən
Ümüd ilə sən
Bu qədər sevdim səni
Yarandıq həyatın ağrılarından
Köçüb ürəyimdən boylana, baxa
Qurtulduq amansız doğrularından
Sənə bir torpaq oldum bir dəki səma
Yaşaya bilmədin bilmədin amma...
Men bu saf eşqimin köləsi oldum
Gün deyil ay deyil biləsən ki sen
Sevdalar ölkəsi oldum...
Bu qədər sevdim səni


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 148 Bölmə: Sevgi şerləri