beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soz Denizinde...

Qarışır başımda fikirlər yenə,
Bu dərdin səbr edib üz dənizində.
Sənin baxışların qaranlıq qədər,
Görsənmir ,batıbdır göz dənizində.

Qəlb istər dünyanı dolanıb-gəzə,
Zamanla dayana özü üz-üzə,
Hər fikir müxtəlif,hər fikir təzə
Mən üzə bilmirəm söz dənizində.

Nəyin xilasına tələsim indi?
Bəlkə zalım olum baş kəsim indi?
Heç nəyə qalmayıb həvəsim indi.
Gəl indi bu dərdin döz dənizində.

Çox hiylə,çox yalan uydurma gülüm,
Hər bağlı qapıya daş vurma gülüm,
Başqa bir dənizə baş vurma gülüm,
Axtar həqiqəti öz dənizində

Çoxuna çox əziz olan eşqimi,
Bəlkə də ən təmiz olan eşqimi,
Sən mənim bir dəniz olan eşqimi,
Axtarma əğyarın yüz dənizində

Atəşin eybi var közün eybi yox,
Yalanın qiyməti,düzün eybi yox.
Düz danış düz olan sözün eybi yox,
G....., həqiqətin gəz dənizində


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 76 Bölmə: Sevgi şerləri