beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Boldun Ten Meni...

Yagisli havaydı!Görüşürdük biz.
Sanki üstümüzə çırpırdi dəniz.
Mənə darmı gəldi süründüyüm düz?
Dağa-daşa saldım o gun mən məni.

Alışdı köksümdə ocağım, közüm,
Titrədi dodağım, tərs gəldi sözüm,
“Getmə” söyləməyə gəlmədi üzüm,
Yoxluğun üşütdü, yoxsa çən məni?

Baldan şirin bildim eşqin dadını,
Eşq doğma eylədi elin yadını.
Sevgi qoysaq bağlanmağın adını,
Görən mən çox sevdim, yoxsa sən məni?

Olanları unutmuşdum, silmişdim.
Görüşünə bəhanəylə gəlmişdim.
Mən səni özüme yaxın bilmişdim,
Heç bilmədim, niyə tutdun gen məni?

O.....i, gözümdə sevgin alcaldı?
“sensiz”-liyin yerin hesretin aldı?
Yarımı apardın, yarımsa qaldı,
Gedişinlə niye böldün tən məni.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 112 Bölmə: Sevgi şerləri