beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Intihar Eledi Sevgim Icimde.

Nə sənlə alındı, nə sənsiz oldu,
Düşündü, daşındı, qaldı seçimdə.
Sonunda dəyişməz qərarın aldı,
İntihar elədi, sevgim içimdə.

Bezdi yazıq sevgim, bu qalmaqaldan,
Yoruldu, usandı, düşdü o, haldan,
Ataraq özünü ən uca dagdan,
İntihar elədi, sevgim içimdə.

Nə idi verdiyin, ala bilmədin,
Dərdinin dərmanı ola bilmədin,
Sən onun qaydına qala bilmədin,
İntihar elədi, sevgim içimdə.

Barı könlün alıb, xoş söz deyəydin,
Əksinə sındırdın, sən onu əydin,
Bu dəfə xətrinə çox möhkəm dəydin,
İntihar elədi, sevgim içimdə.

G....I qınama, səndədi günah,
Nə bilim bəlkə də məndədi günah,
Qaldı aramızda, işlədi günah,
İntihar elədi, sevgim içimdə.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 47 Bölmə: Sevgi şerləri