beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məni Uzaqlarda Yox, Sən öz Yanında Axtar.

Əgər bir gün eşitsən, yelə dönüb əsmişəm,
Dağların zirvəsindən coşub qaçan selmişəm,
Əgər bir gün eşitsən bu dünyadan köçmüşəm,
Sən məni həyatda yox, məni qəlbində axtar,
Məni uzaqlarda yox, sən öz yanında axtar.

Əgər bir gün sanarsan, sən məni unutmusan,
O arzu xəyalları bir meh tək dağıtmısan,
Bizli xatirələrə od vurub yandırmısan,
Bu dünyanı yandıran eşqin nurunda axtar,
Məni uzaqlarda yox, sən öz yanında axtar.

Eşitsənki səslənir kamanın tarın səsi,
Eşitsən daglar qoynun tutub tütək nəğməsi,
Ürəkləri oxşayan bir sevgi təranəsi,
Onlara dəstək olan neydə qavalda axtar,
Məni uzaqlarda yox, sən öz yanında axtar.

Sanma bu dünya böyük, çox kiçikdir bilginən,
Nə qədər ki solmayıb, gül çiçəyin dərginən,
Nə qədər ki həyat var, sevginən sevilginən,
Sən məni sevənlərin izi, tozunda axtar,
Məni uzaqlarda yox, sən öz yanında axtar.

Kədərdə qəmdə olsan, toyda nişanda olsan,
Hər gecə min arzuyla, əgər yatıb oyansan,
Əgər bir gün düşünsən bu həyatda tənhasan,
Hər gecə səni güdən uldusda, ayda axtar,
Məni uzqalarda yox, sən öz yanında axtar.

Sanma kənar olmuşam gedəcəyəm əbədi,
Bəlkə gerçək deyiləm eşqim bəlkə kölgədi
Bu eşqin yarası gör nə vaxtdandir göynədir,
Dərdinə məlhəm verən təbib, logmanda axtar
Məni uzaqlarda yox, sən öz yanında axtar.

Mən olmasam sən düşün, bu eşqim səninlədi,
Bir gün gedəsi olsam ,bu ruhum səninlədi,
Demə yoxdu bu G....R, şerim ki səninlədi,
Sen meni uzaqda yox, “misra”larimda axtar,
Məni uzaqlarda yox, sən öz yanında axtar.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Sevgi şerləri