beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Daha Gec Olar”

Səndən ayrılalı çox sınıxmışam,
Biləsən ürəyim necə qəm çəkib.
Tək-tənha oturub çox ağlamışam,
Yanağım qırıışıb, dərim nəm çəkib.

Yadıma düşdükcə keçən xoş günlər,
Əriyir ürəyim, ruhum mum kimi.
Qabaqda görünən sənsiz boş günlər,
Kəsib qabağımı uçurum kimi.





Bir vaxtlar elədin mənə xəyanət,
“Getmə, qal” deməyə dilim gəlmədi.
Tapmadım özümdə zərrə cəsarət,
Öldürmək istədim, əlim gəlmədi.

Ey vəfasız gözəl, get, xoşbəxt yaşa,
Baxma ki, mənimçün yaman güc olar.
Haçansa səhvini düşsən də başa,
Qorxuram həmin vaxt daha gec olar.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 88 Bölmə: Sevgi şerləri