beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SƏN OLMUSAN...

SƏN OLMUSAN...

Məhəbbətin sınağından keçdiyim,
Acısını şərbət bilib içdiyim...
Bu dünyada bəyəndiyim,seçdiyim-
Sən olmusan,sən olmusan,filankəs!

Xumar-xumar gözlərini süzənim,
Nazlı-nazlı həyət boyu gəzənim...
Sevib-sevib ürəyimi üzənim-
Sən olmusan,sən olmusan,filankəs!

Əl çatmayan O işıqlı ulduzum,
Xoş baharım-odum,qışım-qar,buzum...
İlk istəyim,tək ümidim,son arzum-
Sən olmusan,sən olmusan,filankəs!

Həzin-həzin şirin nəğmə deyənim,
Bəzən küsən,xatirimə dəyənim...
Ürəyimdə ağrıları düyənim-
Sən olmusan,sən olmusan,filankəs!

Yaxın dostum,qəlbim,canım,sirdaşım,
Görünməyən odum-közüm,atəşim...
Yaman gündə yoxa çıxan yoldaşım-
Sən olmusan,sən olmusan,filankəs!
..


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 89 Bölmə: Sevgi şerləri