beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ne Ad Verim?

Bir zamanlar eşqin ilə yanardım,
Hər an səni xəyal edib, anardım,
Sevgimizi bir od, alov sanardım,
İndi sönüb, bu sevginin odu yox,
Nə ad verim bu duyğuya, adı yox.

Gözüm doydu elə bilki gözündən,
Səndə dəyişdin, xəbərsiz özündən,
Biz ayrıldıq, bu soyuqluq üzündən,
Qınayıram özümüzü, yadı yox,
Nə ad verim bu duyğuya, adı yox.

Biz yaşayan hər duyğudan əzizdi,
Qəlbimizdə bir sahilsiz dənizdi,
O,sevgiydi, şirin idi, ləzizdi,
Bu nədirsə ləzzəti yox, dadı yox,
Nə ad verim bu duyğuya, adı yox.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 94 Bölmə: Sevgi şerləri