beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**CoX_TeSiRLi**

Baxıram pəncərədən nə yaman
yağış yağır.
Yollar, küçələr sudur canlı-cansız
nə varsa
Damcılardan islanır hamı harasa
qaçır.
Gizlənməyə yer tapır, çətiri
olanlara yağış bata bilməyir
Pəncərə arxasından gözlərim
hey izləyir.
İsti otaq, isti çay
Mən bayıra baxıram.
Titrəyən insanlara kömək etmək
istərdim
Romantik həzin yağış səni belə
bilməzdim.
Demək belə güclüsən? Amma
çox sevimlisən
Şairlər, bəstəkarlar səndən ilham
alıblar
Bəlkə yalan deyirəm?
Sən ey şair yağışım, ey bəstəkar
yağışım,
Pəncərəmin şüşəsi qəribə naxış
alıb
Gördüklərim qəribə, qarışıq
görkəm alıb.
Birdən mən onu gordum,
yamanca islanıbdır
Nə bir yerə tələsir, nə də ki,
çətiri var
Bu nə qəribə qızdır? Gözəl
görünüşü var.
O yağışa yaraşır, yağış ona
yaraşır
Uzun qara saçları, əynindəki
libası
Yamanca islanıbdır.
Telindən süzülən su, üz-gözünə
yayılır
Bütün fikrim-nəzərim
Dikilibdir bu qıza.
Ürkək nəzərlər ilə ətrafına hey
baxır
Çiyinləri titrəyir, görəsən
ağlayırmı?
Yox, soyuqdan titrəyir.
Mən saata baxıram, əqrəblər
tıqqıldayır
Tıqqıldayan əqrəblər, zamanı
kəsib gedir.
Bayıra boylanıram
Qız hələ də ordadır.
Gor necə bir haldadır
Niyə belə edir o?
Yoxsa belə etməklə
Intiharmı edir o?
Qolundakı saata
Baxmaqdan da yorulub.
O baş-bu başa gedir
Keçən dəqiqələrdə ömür də, gün
də gedir.
Mən də onunla birgə burda var-
gəl edirəm
Onun gözlədiyi an gəlib çatdı
deyəsən
Mən onu seyr edirəm.
Yanında bir gənc də var
Əynində gödəkçəsi, əlində çətiri
var.
Əllə-qolla danışır, coşub-daşır,
alışır
Yazıq qızın qəlbini, ümidlərin
yandırır.
Macal vermir danışsın
Elə hey sözün deyir
Qiz islanır yağışda
O çətir altındadır.
Heç nə vecinə deyil
Əlindəki dəftəri qıza sarı uzatdı
Son sözünü deyirdi.
Deyib-danışan oğlan gəldiyi kimi
getdi
Qızın xəyalları da onunla birgə
itdi.
Sakitcə durmuşdu qız
Gözdən itən maşının arxasınca
baxdı qız.
Barmaqları sustaldı
Yaman sarsılmışdı o.
Düşdü dəftər əlindən
Kiçıcık gölməçəyə
Vərəqləndi vərəqlər
Vərəqlər arasında solmuş
qızılgül də var.
İllərin xatirəsi, əzəmətli sevgisi
Bu güllə soldu getdi.
Gözləri buludlandı
Buludlara qoşulub
Qız da leysan axıtdı.
İslanmış dəftərində, o solmuş al
çiçəkdə
Bir gəncin duyğuları, məhəbbəti
var idi.
Çıxıb getdi gözəl qız,
Gözdən itdi gözəl qız.
Ayaqlanırdı dəftər, tapdanırdı o
çiçək,
Qızın arzularıtək, qızın ləyaqəti
tək.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 181 Bölmə: Sevgi şerləri