beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Də ürəyinə Gətirmə Məni....

Bilirdim yerimi axtaracaqsan,
Sənə çox demişdim itirmə məni.
Yorulub yarımçıq atacaqsansa,
Yorğun qollarına götürmə məni!





Sənsiz qırılıbdır qanadım-qolum,
Dumanlar içində azıbdır yolum.
Bir qaya qoynunda cicək tək solum
Bir də əllərində bitirmə məni.





Cicək oldum zəhər oldun ətrimə,
Şair oldum həsrət oldun sətrimə.
Yaşadığım ömrün günün xətrinə,
Bir də ürəyinə gətirmə məni!...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 50 Bölmə: Sevgi şerləri