beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Bele Dunyadan Nece Kusmeyim?

Alıb öz qoynuna şerefsizleri. Men bele dünyadan nece küsmeyim. Qiymete mindirib deyersizleri. Men bele dünyadan nece küsmeyim.

Kimi pula göre bir şexsiyyetdir. Itinin yediyi tepteze etdir. Kimisi iy veren ete hesretdir. Men bele dünyadan nece küsmeyim.

Yaşlını qoyurlar uşaq yerine. Tenbeli qoyurlar qoçaq yerine. Adamı qoyurlar ulaq yerine. Men bele dünyadan nece küsmeyim.

Molla varlanıbdı namazı atıb. Tesbihi, papağı, quranı satıb. Imamların sayı on beşe çatıb. Men bele dünyadan nece kümeyim.

Men hele demirem cavan qızları. Öz namusun satan abırsızları. Axi görende namussuzları. Men bele dünyadan nece küsmeyim.

Haqsızlıq dünyanı bürüyüb gedir. Küçük it yolunu yürüyüb gedir. Aslanlar qefesde çürüyüb gedir. Men bele dünyadan nece küsmeyim.

Bizim bu qoyunlar qalıbdı çaş-baş. Bir çoban veribler o da ki, boş baş. Dünyadan küseni söyme a qardaş. Men bele dünyadan nece küsmeyim?!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Sevgi şerləri