beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağlayır...

Dayandıq ayrılıq astanasında,
Qəhərdən ürəklər, gözlər ağlayır.
Lal olmuş dodaqlar dil arasında,
Heç nə deyilməmiş sözlər ağlayır...

Bugün son günümüz, ayrılırıq biz,
Xatirəyə dönən gözlər ağlayır.
Bərabər vurarkən qoşa qəlbimiz,
Qəmə düçar olmuş hisslər ağlayır...

Bir daha görüşə bilmərik əlbət,
Kədərdən, həsrətdən gözlər ağlayır.
Esq söyləyərkən məhəbbət gərək,
Eşq üçün oğlanlar, qızlar ağlayır


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Sevgi şerləri