beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yene Darixiram Senden Xebersiz...

Yene darıxıram senden xebersiz...
Sen başqa dünyalarda, yad düyğularda
Sadece dostluğumda...menden uzaqda
Ureyimden, hislerimden xebersiz...
Mense senli xeyallarda...
Elimde bir siqaret – zeherinde men,dumanında sen
Ruhum sensiz....
Yene darıxıram senden xebersiz....

Yene qarşılaşırıq eyni dehlizde..
Toxunuram çiynine guya bilmezce
Yene rola girirem,guya özümü itirirem
Sirf gözlerinin içine baxaraq üzr isteyim deye...
Üzüne tökülüb cox sevdiyim sarışın telin
Hemişeki kimi gülümseyir gözel gözlerin
Yene aramıza sedd cekdi siz ve biz
Yene darıııxıram senden xebersiz...

Yene gece düşdü.. ay penceremde
Boyandı otağım xeyalını etdiyim rengde
Yene yatağıma iki balış qoydum...
Biri melum menim,biri mechul senin
Ellerim gezdi o boşluqda..seni axtararaq
Bilirsen ne istedim ey gözel varlıq ?
Saatlarca nefes bele almadan sen yatarken seni seyr etmeyi...
Mesum üzünü, yuxuda iken uşaq kimi gülümseyen ince dodaqlarını, xumarlanmış gözlerini...
Belke de ,heç görmediyim,amma xeyalını eydiyim ince bir xalını..gözel simanı
He ezizim...men bunu istedim sebrsiz...
Yene darıxıram senden xebersiz...

Yene dinlediyim mahnılarda seni axtarıram
Sene gönderirem ki,belke nese anlayasan...
Yene sarsılıram mene yazdıqlarını oxuduqda
“Çox sag olun,men eynile bele bir mahnı axtarırdım biri üçün )”
Yox yoooox,qaytar geriiii.Menim sene hisslerimdi o mahnılar ((
Eşidirseeen?
Sene verdiyim hisslerimi özüme qaytar...
Özüme....
Hec zaman menim olmayacaq meleyim...
Yene dinleyirem hemin mahnını sessiz semirsiz...
Yene darıxıram senden xebersiz...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 799 Bölmə: Sevgi şerləri