beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BILERSENMI?

Səninlə bütövləşdim mən. Səninlə var oldu bu ürək.
Sən varsan məndə varam bu aləmdə.
Sən olmasan men öz kölgəmdən belə qorxaram...
Kimsənin səni pisləməsiylə səndə ayrılmaram əsla...
Həyat sən idin...
Sevgi sən idin...
Ürəyim sən idin...
Həsrətim sən idin...
Mənliyim də sən idin...
Mən isə başdan aşağı sən idim...
Ürəyim sənin sevginlə dolu idi..bir sevda idi bu yaşadığım amma toxunmadığım bir sevda.
Bir həsrət idi bu.. elə bir həsrət idi ki, dilə gətirə bilmədiyim həsrət...
Sevdiyim idin amma yanıva gələ bilmədiyim sevgili...
Gecələri ürəyimə ay kimi doğardın...



Gecələr boyu bütün şəhər qaranlıq olardı ...
Sevmək gözəldi..ağlamaq gözəldi...ağlatmağıvada razıyam.
Derd versəndə sevirəm səni....
Çünki səni olduğun kimi qəbul edib bu ürək.
Bəlkədə xətam idin amma sən mənim sevgim idin...
Sən içimdəki dilə gətirə bilmədiyim biri idin...
Sən bitməyən sevgim idin...
Sən dilimdən düşməyən mahnım idin...
Heca-heca dilimdən düşməyən cümləm idin...
Üzüvü görməsəmdə və neçə illər üstündən keçsə belə...
yenədə sevəcəm səni yorulmadan...



Özümə bir yol seçdim...Yolun başıda sənsən sonuda sən...
Bu yolun yolçusuyam...
Sevgi acıdır dedim...
Ya sən yada ölüm dedim...
Ya sevgi yada sevgisiz olmaq dedim..
Mən sevgini seçdim...
Acıda olsa...
Səni seçdim...və yolun sonundayam...bütün ürəyimlə səninəm...
Sən söylə mənə;
SƏN HƏQİQƏTƏN MƏNİ
SEVƏ BİLƏRSƏNMİ?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 210 Bölmə: Sevgi şerləri