beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxumda Görmüşəm.

Bu gecə yuxumda görmüşəm seni.
Fikirli dalğindın bilmirem niye.
Bu gecə yuxumda görmüşəm səni.
İstərəm bu gecə dönsün illərə.
Bu gecə yuxumda görmüşəm səni.
İsti əllərin əllərimdəydi.
Bu gecə yuxumda görmüşəm səni.
Bu gecə elə bil dünya məndəydi.
Bu gecə yuxumda görmüşəm səni.
Sən,mən,torpağ,səma idi birdə dəniz.
Bu gecə yuxumda görmüşəm səni.
Axı mən necə yaşayım gündüzlər sənsiz.
Bu gecə yuxumda görmüşəm səni.
Bu gecə ulduzlar ş"er diyirdi.
Bu gecə yuxumda görmüşəm səni.
Bu bir gecə yox,bütov ömürdü.
Bu gecə yuxumda görmüşəm səni.
Şirin-şirin çekirdin adımı.
Bu gecə yuxumda görmüşəm səni.
Doyunca öpmüşəm dodaqlarını.
Bu gecə yuxumda görmüşəm səni.
Bu gecə qommuşdum xəyallarımla.
Bu gecə yuxumda görmüşəm səni.
Təsəlli tapıram yuxularınla.
Mən səni tapıram yuxularımda.
Unutmaq istəyirəm,gəl çıx get yaddaşımdan.
Yuxumada gəlmə daha.
Tapşır aylı gecəyə tapşır.
Tapşır ulduzlara daha ş"er söyləməsinlər sənin dilinnən.
Səni unutmaq istəyirəm.
Gözlərimə od dolur,gecə-gündüz yumulmaz.
İntizar baxışlarım dilsiz axan çay kimi.
Yollara axar,axar.
Bu sevdadan yorulmaz.
Yorulmazlıqdan bezmişəm.
Səni unutmaq istəyirəm.
Könlümün bir küncünə qısılıb ağlar eşqim.
Ağlar içim-içim,bəxtim yarı hardasan.
Sən nə söyliyəcəksən könlümün bu səsinə.
Səni yaxın sanırkən,göylər qədər uzaqsan.
Mən döşdə oldum lalə.
Sənsə,sənsə zirvədə qarsan.
Bu əzablar,bu həsrətin yetər,yetər.
Gəl könlümdən apar eşqi,apar,apar,ağlar eşqi.
Səni unutmaq istəyirəm,unutmaq istəyirəm.
Unuduram zamanı,anı.
Unuduram evi,eşiyi,dünyanı.
Bəzən çörək yeməkdə çıxır yadımdan.
Tək səni,təkcə səni ayıra bilmirem özümdən,xəyalımdan.
Sənin sirrini bilmək istəmirəm.
Səni sən kimidə görmək istəmirəm.
Səni öz xəyallarımda yaradıb birazda artırıb,birazda ucaldıb əl çatmaz bir eşq yaratmaq istəyirəm.
Məhəbbətinlə yanıb,qorxmaq istəyirəm.
Dərman istəmirəm sənnən dərdimə.
Sənnən gələcək dərd belə əzizdi mənə.
Ucal gözlərimdə,ucal ərşə qalx.
Elə ucal ki,çatmayım sənə.
Sən ucaldıqca eşqim ucalır.
Arzularla yaşamağa dünyam yaranır.

Müəllif-Zəhra.

-Bu ş"eri bura ilk gəldiyim gün yəni 2010 ci ilin dekabr ayının hardasa ortalarında tanıdığım ilk və son mənə əziz olan adama həsr eliyirəm.
Yəginki bu ş"eri oxusa o .......... bilər mən ona həsr etmişəm ZƏHRA.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 162 Bölmə: Sevgi şerləri