beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Rövşən. Tanıyır

Q
aranlıqda bir-birini
Quşlar səsindən tanıyır.
Qu quşunu zalım əcəl
Son nəğməsindən tanıyır.

Mən ayrı quşam, ayrı quş.
Yarı bülbül, yarı bayquş.
Bu dünyanı mən boyda quş
Öz qəfəsindən tanıyır.

...Ha yusa da üz-gözünü,
Çaşır görəndə özünü,
Adam öləndə özünü
Son nəfəsindən tanıyır...


Tarix: 28.05.2013 / 14:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 120 Bölmə: Sevgi şerləri