beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Faydası saymaqla bitməyən zeytunyağı…

Zeytunyağının faydalarını saymaq bitmir. Zeytunun bol olduğu bizim ölkədə ondan istifadə etməmək mümkünsüzdür. Zeytun yağı güclü antioksidantdır, xərçəng riskinin qarşını almaq qabiliyyətinə malikdir.

Hamiləlik zamanı körpənin beyninin inkişafına müsbət təsir göstərir. Yaşlanmağın qarşısını alır.
Mütəxəssislər zeytun yağının faydalarını aşağıdakı kimi sıralayıblar:
Dəriyə və saça gözəllik qatır. Quru dərini canlandırır, qırışı azaldır. Zeytunyağı dərini yumşaldır və elastik, hamar görünüş verir.
Zeytunyağı yorğun ayaqların dərmanıdır. Çatlaq və quru ayaqların müalicəsində rolu əvəzsizdir.
Zeytunyağı ilə bədəni masaj etmək qan dövranını tənzimləyir.
Tərkibində zeytunyağı olan sabunlar nəmləndirici funksiyasını yerinə yetirir. Saçlar üçün xüsusi faydası olan zeytunyağı həssas dərilər üçün də faydalıdır.
Qurumuş və çatlamış dodaq üçün məlhəm olaraq istifadə edilə bilər.
Qurumuş saçları möhkəmləndirir və elastikliyini artırır.
Saçdakı kəpəyin və saç tökülməsinin qarşısını alır. Saçı parıldadır.
Dırnaqları gözəlləşdirir və onları gücləndirir.
Zeytunyağı hamiləlik zamanı bədəndə yaranan çatları azaldır.
Körpə əmizdirən analar döşlərinin ucunun quruması zamanı zeytunyağıdan istifadə etsələr yaxşı nəticə əldə edə bilərlər.
Körpəni zeytunyağı ilə masaj etmək onun dərisini canlandırar.
Əllərdə, dəridə və ya saçdakı boyanı çıxarmaqda istifadə oluna bilər.
Soyuqdan donmağa qarşı qoruyucudur.
Ağcaqanadlar zeytunyağı sürtülmüş dərinə heç zaman dişləməzlər.


Tarix: 26.12.2012 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 400 Bölmə: Saglamliq