beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rauf İsmayılov (rəssam)

Rauf Əbdülhüseyn oğlu İsmayılov - Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Reklamçılar İttifaqının üzvü, keçəçi rəssam, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi.Mündəricat
1 Həyatı
2 Fəaliyyəti
3 Mənbə
4 Qalereya


Həyatı

1957-ci ildə Mingəçevir şəhərində anadan olub. 1974-1976-cü illərdə Ə. Əzimzadə adına Azərbaycan Rəssamlıq Akademiyasında, 1980-1986-cı illərdə Sankt-Peterburq Muxina adına Rəssamlıq İnstitutunun hazırlıq şöbəsində, 1986-1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin Rəssamlıq fakültəsində təhsil alıb.

Fəaliyyəti

Keçədən hazırlanan yüzlərlə əsərin müəllifi olan Rauf İsmayılov "Ana məhəbbəti", "Hünər meydanı", "Fəryad", "Gəl rəqs edək", "Gecə görüntüləri", "Qurtuluş", "Məhəbbət sorağında", "Tənha ağac" və s. əsərlərin müəllifidir. 2002-ci ildə "Humay" Milli mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi Soltan Məhəmməd adına xüsusi mükafata, 2005-2006-ı illərdə İran İslam Respublikasının ,2006-ı ildə Alman səfirliklərinin xüsusi diplomlarına layiq görülüb. 2006-cı ildə Bakı şəhərində "Həyatın bir anı", 2009-cu uldə "Ulu sənət", 2010-cu ildə "Ulu xalq-ulu sənət"adlı fərdi səgiləri təşkil olunmuşdur.


Tarix: 20.01.2013 / 15:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 300 Bölmə: Sənətkarlar