beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rok, İsa və Con Lenon

“Hazırda “Beatles” İsadan daha məhşurdu”

1964 — cü ilə qədər Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Star adi insan idilər. Bir-birini tələbəlik illərindən tanıyan bu “dördlük” musiqi ilə çılğınlıq etmək istəyirdilər. Rok musiqisi dəyişkənliyi və dinamikanı sevdiyindən “Beatles” qrupunu yaratmaqla qısa vaxtda milyonlarla fanat ordusu qazana bildilər. Mahnılarında ictimai duruma qarşı protesto, insanların mənəvi azadlığı uğrunda ehtiraslı çağırışları ilə diqqəti çəkən “Beatles” 60-ci illərdə 1 milyondan çox diski satılan qrup kimi məşhurlaşır. Lakin çox keçmir ki, 1970-ci ildə qrup üzvləri dünyanı heyrət içində buraxacaq qərar qəbul edirlər. Mətbuat “Beatles” üzvlərinin ayrılması xəbərini yayır. Sonradan Con Lenon qrupun dağılmasının səbəbi haqda mətbuata açıqlamasında qeyd edir: «Biz bu dünyada nələrisə dəyişməyi arzulayırdıq. Amma hər şey olduğu kimi qaldı. Afrikada silah satılır, “qaraları” küçədə öldürürlər, insanlar kasıbçılıq çəkir, üstlərindən siçanlar qaçır. Yalnız bir dəstə avaralar Londonda dəbli cındırlarda gəzirlər. Mən daha Bitlz barəsindəki əfsanəyə inanmıram”. Bundan sonar qrup bir daha birləşmədi. Ancaq…


“Ucuz yerdə oturanların” müğənnisi

Con Lenon özü də şöhrət baxımından heç də “Beatles”dən geri qalmırdı. Ona pərəstiş edən fanatları həddindən artıq çox idi. Çünki Lennon əsl insanın necə olmasına dair canlı nümunə idi: “Ucuz yerlərdə oturan hər kəsin alqışlamağını xahiş edirəm. Qalanları öz bər-bəzəklərini göstərməklə kifayətlənə bilərlər!”. O gerçəkdən də “ucuz yerlərdə oturanların” müğənnisi idi. Bu səbəbdən də onu sevənlər arasında “varlı londonlular” çox az idi.

O, təkcə dəlisov müsiqisi ilə deyil, qəribə çıxışları və müsahibələri ilə də çoxlarının sevimlisinə çevrilmişdi. Ancaq çıxışlar “bəzilərini” özündən çıxarırdı. Günün birində Lenonun qəzetlərdən birinə verdiyi müsahibəsi dərc olunur. Müsahibədəki açıqlamalar onun ölümlə hədələnməsi və qatı xristianlar tərəfindən təhdid edilməsinə səbəb olur. Con qeyd edirdi: “Xristianlıq gedəcək. O, itəcək və quruyacaq. Mübahisə etməyə ehtiyac yoxdur, gələcək bunu sübut edəcək. Hazırda biz İsadan daha məhşuruq. Bilirəm ki, hansı daha tez yoxa çıxacaq — rok-n-rol və ya İsa. İsa pis deyildi, lakin onun davamçıları küt və adi idilər. Məhz onların bu təhrifi məndəki xristinalığı boğur”. Bu sözlər onların bir çox vallarının yandırılmasına, musiqilərinin qadağan edilməsinə səbəb olur. Bu təqiblər onun özünə qapılmasına səbəb olur. Bir müddət sonra Con Timoti Lirinin “Psixodelik təcrübə” kitabından təsirlənərək narkotikə qurşanır. Bu onun həm səhhətinə, həm də qrupdakı roluna təsir edir. Bununla da qrupdakı liderliyi Pol Makkartni öz üzərinə götürür. Lakin bu da Con Lenonun dəbdən düşməsi demək deyildi.

1969-cu ildə Con Lenon ikinci dəfə ailə həyatı qurur. Bu onun pərəstişkarı Yoko Ono idi. Conun birinci həyat yoldaşı isə öz qrup yoldaşı Sintiya Pauell olub. Yoko Ona Conun həyatında bir növ uğur mələyi rolunu oynayır. Bir uşağı dünyaya gələndən sonra isə Lenon ömrünü yalnız övladına həsr edəcəyinə söz verir.

“Con Lenonu öldürməklə hamı məndən danışır”

Qrupun dağılmasına baxmayaraq onlar bəzən kiçik barlarda konsertlər də verirdilər. Bəzən beləkonsertlərdən Con özü də təşkil edirdi. O, həm də jurnalistlərlə yaxın dostluq da edirdi. 1980-cı ilin dekabrında amerikalı jurnalistlə müsahibəsindən sonar Lenon pərəstişkarları ilə şəkil çəkdirib imza verir. Müsahibə zamanı ondan imza alib şəkil çəkdirmiş fanatı Mark Çepmen evinin qarşısında Cona 5 atəş açır. Güllələrin 4-ü Conun bel nahiyəsinə tuş gəlir. Çoxlu qan itirən Conu xəstəxanaya çatdıranda artıq gec idi. Con Lenonun qatili əslində onu dəlilər kimi sevən pərəstişkarı idi. Mark Çapmen onu o qədər sevirmiş ki, hətta sonralar açıqlamasında “Mən onun dəli kimi vurğunu idim. Onu pərəstişkarlarına da qısqanırdım. Onu sevənlər o qədər çox idi ki, mən onların hamısını öldürə bilməzdim. Amma Con Lenonu öldürməklə onu hamıdan ayıra bildim və bilirəm ki, ömür boyu Con Lenonun adının yanında Mark Çepmenin də adı hallanacaq”- deyir. Digər açıqlamasında isə “məni heç kəs tanımır. Amma bir məhşuru öldürməklə indi hamı məndən danışır”-deyir. Və Çapmen ömürlük həbs cəzası alır. Ömrünün 20 ilini həbsdə keçirən Çepmen bir neçə dəfə əfv olunması ilə bağlı müraciət etsə də, rokçunun həyat yoldaşı Yoko Ono onun həbsdə saxlanılması tələbi ilə 2 dəfə məhkəməyə müraciət edib.


Tarix: 08.01.2013 / 19:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 694 Bölmə: Sənətkarlar