beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gedək biz olmayan yerə
Gedək biz olmayan yerə

Gəl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək biz olmayan yerə.

Bir kimsə tutmasın xəbər
Gəl çıxıb gedək birtəhər.
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.

Atam oğlu az çapala,
Sən deyən çətin tapılar,
Bu Ramizi kim aparar,
Bu Ramiz olmayan yerə?!


Tarix: 29.05.2015 / 10:59 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Ramiz Rövşən