Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümidim yox bir adama
Ümidim yox bir adama

Ümidim yox bir adama,
Tanrı çatacaq dadıma,
Yenə salacaq yadına,
Yenə dindirəcək məni.

Mən əlinə düşən kimi,
Sevinəcək uşaq kimi,
Bir sınıq oyuncaq kimi
Bir də qondaracaq məni.

Saçlarıma dən salacaq,
Ürəyimə qəm salacaq.
Yenə əlindən salacaq,
Yenə sındıracaq məni..


Tarix: 29.05.2015 / 11:54 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Ramiz Rövşən
loading...