beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərd...
Dərd...

Göz yaşları süzüldükcə
Adamın quru üzünə,
İçimizdə batan dərdlər
Bir-bir çıxır su üzünə.

Qazancımız bitdi bizim,
Bu dünyanın dərdi bizim,
Çevrilərik dərdimizin
O üzündən bu üzünə.

Milyon-milyon qəbir varsa,
Bir qəbirsiz şair varsa...
Üzündə bir sağ yer varsa,
Dünyanın tfu üzünə!..


Tarix: 29.05.2015 / 10:56 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Ramiz Rövşən