beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soğan Acısı

Soğan soya-soya ağlayan qadın,
Ömrün soğan kimi acıdı, acı!
Meleksen, qırılıb qolun-qanadın,
Derdi veren Allah, vermir elacı...

Gözünden süzülen yaşı kim siler?
"Göz yaşı", dediyin nedi? Acı su...
Bir şirin öpüşle başlar sevgiler,
Sonunda hemişe soğan acısı...

O, öpüş yandırmaz dodaqlarını,
Soyuyub od dolu o, qucaq indi.
Sayar birce-birce barmaqlarını,
Her gece yuduğun qab-qacaq indi.

Geler "er" dediyin, her geceyarı,
Bir qaşıq xöreyin baxmaz dadına.
Yuxuda dilinden qopan adların,
Biri de benzemez senin adına...

Soğan soya-soya ağlayan qadın,
Gözünün yaşını sile bilmerem.
Neyleyim, men sene özgeyem, yadam,
Neyleyim, yanına gele bilmerem.

Bir sevgi gezirem dünyada men de,
O sevgi hardadı? Bilmirem ancaq.
...Kim soğan soyacaq menim evimde,
Soğan soya-soya kim ağlayacaq?!..


Tarix: 19.11.2013 / 03:52 Müəllif: Akhundoff Baxılıb: 386 Bölmə: Ramiz Rövşən