Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ax, Bu Qızın Barmaqları

Ax, bu qızın barmaqları

Barmaqlarıma dəymədi.

Ürəyim ağrıyan gecə…

Gəlib qapımı döymədi.



Ax, bu qızın barmaqları

Bir məktub yazarmı görən?

Bir gün eşitsə ölmüşəm,

Qəbrimi qazarmı görən?



Ax, bu qızın barmaqları

Bir üzük taxdı belinə.

Qız idi,dinə bilmədim,

İndi nə deyim gəlinə?!



Ax, bu qızın barmaqları,

Uzun-uzun barmaqları,

Döymədi, anam, döymədi

Qapımızı barmaqları


Tarix: 19.11.2013 / 03:52 Müəllif: Akhundoff Baxılıb: 145 Bölmə: Ramiz Rövşən
loading...