beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

104. Əl-Huməzə (Qeybətçi) surəsi
104. Əl-Huməzə (Qeybətçi) surəsi

1. (Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!

2. O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).

3. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.

4. Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!

5. Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!

6. O, Allahın yanar odudur.

7. Elə bir od ki, ürəkləri yandırıb-yaxar.

8. O, belələrinin (qeybətçilərin və tənə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.

9. Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!


Tarix: 10.06.2015 / 15:25 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Qurani Kerim