beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Ələ düşməz"

Yüz il keçə, afət, bu gözəllik ələ düşməz,
At xəlbirə keçmişləri bir-bir ələ, düşməz.

Meylin çəkə tər meyvə əgər gənc bir ağacdan,
Get tut budağından o ki, var silkələ, düşməz.

Pərvanəsi kül etsə də yandırsa da şəmi,
Saxlar gözünün yaşını damla külə düşməz.

Həvva yenidən gəlsə bu dünyayə gər indi,
Şeytana uyub meyli daha sünbülə düşməz.

Aç söylə, Səxavət, bunu əğyari də bilsin,
Dəryadə göz açmış sonalar hər gölə düşməz.


Tarix: 31.03.2013 / 16:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Qezeller