beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Dilbəra,sevmək məni yan eyləməkdən yaxşıdır"

Dilbəra,sevmək məni yan eyləməkdən yaxşıdır
Sev ki,sevda,qəlbi viran eyləməkdən yaxşıdır.


Məncə ey zalım fələk,səbr eyləyən aşiqləri
Bəxtiyar etmək,peşiman eyləməkdən yaxşıdır


Kaş küləklər eyləyə halın pərişan aşiqin.
Zülfünü yarın pərişan eyləməkdən yaxşıdır.


Ta görüncə bir vəfalı,aclıq elan eyləmək
Bivəfaya eşqi elan eyləməkdən yaxşıdır.


Kim məgər ah eyləyib yetmiş ki vəslə,ey könül
Hicrə susmaq,məncə əfqan eyləməkdən yaxşıdır


Tərk edib zalımlığı bir xoş kəlam lütf eyləmək
Məzlumun qəlbin nigaran eyləməkdən yaxşıdır.


Şəninə layiq deyilsə Pərvizin sözləri,de
Lal dayanmaq,bunca nöqsan eyləməkdən yaxşıdır.
Pərviz Arif


Tarix: 31.03.2013 / 16:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 100 Bölmə: Qezeller