beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

qezelxan olmuwam

Ey nigarım, can gedib zulfunlə, bican olmuşam, Gorməyib zulfundə bir ag gun pərişan olmuşam. Ayrılıq covrun vusal zovqundən ustun bilmişəm, Dost olub duşmanıma, dostumla duşman olmuşam. Yad edib Leylaların sinəmdə Məcnunlar gəzər, Bagrı goz yaşilə doymuş bir biyaban olmuşam. Ey hərami, harda gorsən qac, canın qurtar ki mən Qəm diyarından gələn karvanə sərban olmuşam. Can da yox, canan da yox, vəslət də yox, hicran da yox, Mən yox olmaqdan qacıb yoxluqcun unvan olmuşam. Gormədim kim gəldi, kim getdi, tutub qan gozlərim, Bir gedərgəlməz gulun hicrində giryan olmuşam. Mən də dunyagormuşəm, azdırma, ey dunya, məni, Cox musibətlər cəkəndən sonra insan olmuşam. Zovq alır naləmdən aləm, ey fələk, cərxin sına, Mən gunahkar ozgələr qəlbində iman olmuşam. Duşmuşəm gen cənnətimdən, əfv qıl, ya Rəb, məni, Dəhrə Adəm gədiyimcun mən peşiman olmuşam. Ey bəlakeşlər, sizə həmdərd olan Arif mənəm, Həqqi elan eyləməkcun mən qəzəlxan olmuşam
.


Tarix: 16.02.2014 / 18:27 Müəllif: Dayi Baxılıb: 366 Bölmə: Qezeller