beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men de dedim,... Unudaram

Men de dedim
unudaram
senin kimi birce
güne:
sözlerini, gözlerini,
ellerinin istisini... Bacarmadım!
Men de dedim
unudaram
senin kimi birce
güne:
O çağları, o anları, şirin-şirin xeyalları...
Bacarmadım!
Sen ki, mene
öyretmişdin
sevmeyi de,
hesretine dözmeyi de.
Öyretmişdin gülmeyi
de,
göz yaşımı silmeyi
de.
Unutmağı öyretmedin, axı,
neden?
Üreyimi bu
göyneden
acıları atmaq üçün,
bir hüzura çatmaq üçün
çalışıram döne-
döne.
İsteyirem silim seni
üreyimden
senin kimi, birce güne...
Yandıraraq körpüleri
yol qoymadın
keçmişime
qayıtmağa.
Ay insafsız! Mehebbetim imkan
vermir unutmağa!
Unudarsam seni,
sanki
itirerem özlüyümü,
menliyimi. Zaman keçir...
Anlayıram seni her
gün,
evvelkinden daha
artıq sevdiyimi!


Tarix: 16.03.2014 / 00:36 Müəllif: totum Baxılıb: 2002 Bölmə: Qemli şerler