Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəlvət

Ulu Tanrım, nə gözəldi doğma yuva,
Xəlvət seçib bir qırağa çəkilmişəm.

Bu guşədə çıraq yanır, şam əriyir,
Ərimişəm, şam-çırağa çəkilmişəm.

Ən vəfalı iki dostum, sirdaşım var,
Bir qələmə, bir varağa çəkilmişəm.

Söhbətimin ləzzətini dadan bilər,
Elə bil ki, balam, yağa çəkilmişəm.

Yağı düşmən elə bilir mən ölmüşəm,
Kəfənlənib bezə, ağa çəkilmişəm.

Füzulitək dərd əlindən dağa çıxıb,
Qəlbimdəki göy yaylağa çəkilmişəm.


Tarix: 26.03.2013 / 19:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 845 Bölmə: Qemli şerler
loading...