beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oxu, oxu, bülbülüm
Oxu, oxu, bülbülüm

Oxu, oxu, bülbülüm,
Nəğmə axsın dilindən.
Dan quşları zövq alsın
Sənin şirin ünündən.

Oxu, oxu, bülbülüm,
Tale quşu inləsin.
Göydə durna, göldə qaz
Susub səni dinləsin.

Oxu, oxu, bülbülüm,
Səda versin uca dağ.
Qalın meşə dincəlsin,
Çiçək açsın bağça-bağ.

Oxu, oxu, bülbülüm,
İnci taxsın gümüş su.
İpək kimi oxşansın
Gənc qızların duyğusu.

Oxu, oxu, bülbülüm,
Heyran qalsın altın gün.
Bəhs eləsin ulduzlar
Macərandan gecə - tün.

Oxu, oxu, bülbülüm,
Səsin yurdda çağlasın.
Yad eldəki qəriblər
Yaylıq alıb ağlasın.

Oxu, oxu, bülbülüm,
Qoy çin olsun diləyim.
Sən cəh-cəh vur, sirdaşım,
Mən də şeir söyləyim.

Susma, oxu ilhamla,
Qoyma səsin üzülsün.
Mən səs verim səsinə,
Söz mərcanı düzülsün.

Can susayar xoş səsə,
Ruha qida - xoş avaz.
Bu xalq üçün, el üçün,
Ha oxusaq, yenə az.


Tarix: 04.06.2015 / 17:03 Müəllif: Aziza Baxılıb: 96 Bölmə: Qasım Amanjolov