beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alma bağında
Alma bağında

Qılınc, xəncər qurşandı,
Bir qoç igid at minib.
Çıxdı alma bağından
Cavan gəlin şad, gülüb.

İgid dedi yarına:
- Bağ qoruyub, qəm çəkdim,
Mənə alma bağında
Sən neçə cür gül əkdin?

Dedi ona gəlincik:
- Bağı tez-tez yoxladım,
Gülü sənə bağda yox,
Ürəyimdə saxladım.

Gün bu sözdən nur aldı,
Güldü alma, güldü bağ.
İki ürək bir oldu,
Mahnı dedi kefi çağ.


Tarix: 04.06.2015 / 17:03 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Qasım Amanjolov